"Çelsi" məşqçi dəyişikliyindən sonra ilk qələbəsini qazandı
Futbol
- 31 yanvar, 2021
- 15:21
"Çelsi" İngiltərə Premyer Liqasının 21-ci turunun matçında öz meydanında "Bernli"ni qəbul edib.
“Report” xəbər verir ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qol birinci hissədə vurulub. Meydan sahiblərinin heyətində Sesar Aspilikueta fərqlənib.
Bu, alman mütəxəssis Tomas Tuxelin “Çelsi”nin baş məşqçisi olmasından sonra komandanın ilk qələbəsi olub.
Komanda 33 xal toplayaraq çempionatın turnir cədvəlində yeddinci yer tutur. Aktivində 22 xalı olan “Bernli” 15-ci yerdə qərarlaşıb.
“Çelsi” növbəti turda fevralın 4-də səfərdə "Tottenhem"lə qarşılaşacaq. "Bernli" bir gün əvvəl öz meydanında "Mançester Siti"ni qəbul edəcək.
Son xəbərlər
10:27
Gümrü meri həbs edilib
Region10:24
Azərbaycanda Kosmik Aparatların İnkişafı Mərkəzinin tikintisinə başlanılacaq
İKT10:23
Foto
Naxçıvanda bir sıra kənddaxili yollar yenidən qurularaq istifadəyə verilib
İnfrastruktur10:21
Türkiyə və Gürcüstan səhiyyə sahəsində əməkdaşlıq edəcək
Region10:14
Bakıda avtomobildə atasının qucağından sürüşən uşaq ölüb
Hadisə10:13
Foto
"Qaradağ" GES-də 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub
Energetika10:12
Ermənistan İstintaq Komitəsi: Gümrü meriyası yaxınlığında etiraz aksiyasında 33 nəfər saxlanılıb
Region10:12
Foto
AMEA-nın yubileyinə 21 ölkədən nümayəndə qatılacaq
Elm və təhsil10:10