"Çelsi" braziliyalı məşhur futbolçunun oğlu ilə peşəkar müqavilə bağlayıb
Futbol
- 02 dekabr, 2025
- 10:24
İngiltərənin "Çelsi" klubu sabiq futbolçusu Tyaqo Silvanın oğlu İsaqo Silva ilə peşəkar müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı müdafiəçi ilə müqavilənin müddəti haqqında məlumat verilməyib. İ.Silva 13 yaşından "Çelsi"nin akademiyasında çıxış edir. Cari mövsümdə o, İngiltərə klubunun U-18 komandasının heyətində bir oyun keçirib.
Qeyd edək ki, hazırda Braziliya təmsilçisi "Fluminense"də oynayan 41 yaşlı Tyaqo Silva 2020-2024-cü illərdə "Çelsi"nin formasını geyinib. O, İngiltərə təmsilçisinin heyətində UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.
Son xəbərlər
11:12
İsveç Ukraynaya 1,1 milyard kron məbləğində yardım ayıracaq
Digər ölkələr11:10
Energetika Nazirliyi "Söndür və Qazan!" kampaniyasına başlayıb
Energetika11:09
Avropa çempionu olan azərbaycanlı boksçu: "Eyni nəticəni mundialda da təkrarlayacağıma inanıram"
Fərdi11:08
Nazir müavini: Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı bu sahədə çalışanların fəaliyyətini stimullaşdırır
Daxili siyasət11:04
Prezident İlham Əliyev Laos liderinə təbrik məktubu göndərib
Xarici siyasət11:04
İlham Əliyev BƏƏ Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət11:03
Dövlət Agentliyi Regional Su Meliorasiya Xidmətinə icrası məcburi göstəriş verib
Biznes11:01
Parlamentdə 2026-cı ilin dövlət büdcəsi zərfi ikinci oxunuşda müzakirə edilir
Daxili siyasət10:57