"Çelsi" İspaniya millisinin futbolçusu üçün danışıqlara başlayıb
Futbol
- 29 mart, 2025
- 10:27
İngiltərənin "Çelsi" klubu İspaniya millisinin və "Atletik"in futbolçusu Niko Uilyamsın transferi üçün danışıqlara başlayıb.
"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, La Liqa təmsilçisi Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 22 yaşlı oyunçunun "zadəganlar"a keçmək ehtimalı yüksəkdir.
Forvardın müqaviləsindəki bəndə əsasən, onun sözləşməsinə 58 milyon avro qarşılığında vaxtından əvvəl xitam verilə bilər.
Qeyd edək ki, Niko Uilyams cari mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Atletik"lə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.
Son xəbərlər
10:19
Azərbaycanın bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Ekologiya10:16
Azərbaycan neftinin qiyməti 74 dollara düşüb
Energetika10:14
Azərbaycan duz istehsalını mayda 37 % artırıb
Sənaye10:12
Tehranda qaz balonu partlayıb, 6 nəfər yaralanıb
Region10:11
DÇ-2026: Pley-offa vəsiqəni rəsmiləşdirən komandaların sayı 28-ə çatıb
Futbol10:02
DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
Sosial müdafiə10:02
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Hadisə10:00
Azərbaycandakı BOKT-ların aktivlərinin məbləğinə görə renkinqi (01.01.2026)
Maliyyə09:45