"Çelsi" İngiltərə Kubokunun finalında
Futbol
- 17 aprel, 2021
- 19:18
"Çelsi" komandası İngiltərə Kubokunun yarımfinal matçında "Mançester Siti”yə qalib gəlib.
"Report" xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilmiş görüş "zadəganlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 55-ci dəqiqədə Hakim Ziyeş vurub.
Həlledici matçda Tomas Tuxelin rəhbərlik etdiyi komanda "Lester" - "Sautqempton" qarşılaşmasının qalibi ilə oynayacaq.
“Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlində 54 xalla 5-ci yerdə qərarlaşıb. Komanda növbəti turda "Brayton"la üz-üzə gələcək. Görüş aprelin 20-də olacaq.
"Mançester Siti" isə 74 xalla birinci yerdədir. Xosep Qvardiolanın baş məşqçi olduğu kollektiv növbəti matçda "Aston Villa" ilə qarşılaşacaq. Oyun aprelin 21-də keçiriləcək.
Son xəbərlər
00:45
Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
Energetika00:43
Avropa Parlamenti Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlüklə bağlı islahatlarını dəyərləndirib
Digər ölkələr00:43
DÇ-2026: İngiltərə Xorvatiya ilə oyunda yenidən hesabda irəli çıxıb - YENİLƏNİR-3
Futbol00:35
Portuqaliya millisinin baş məşqçisi: "Konqo ilə matçda hücumdakı kəskinliyimizi itirdik"
Futbol00:24
Bəqai: ABŞ ilə nüvə danışıqları memorandum imzalandıqdan sonra aparılacaq
Region00:02
"Neftçi SOCAR" klubu Orlean mərhələsinin qalibi olub
Komanda23:46
Tramp İranla razılaşmadan sonra "İbrahim sazişləri"ni genişləndirmək planlarını açıqlayıb
Digər ölkələr23:30
Portuqaliya - Konqo matçının ən yaxşı futbolçusu açıqlanıb
Futbol23:29