"Bursaspor" yeni baş məşqçisini açıqlayıb
Futbol
- 07 mart, 2022
- 13:11
Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu yeni baş məşqçisini açıqlayıb.
"Report" "timsahlar"ın rəsmi saytına istinadən xəbər verir ki, komanda Mustafa Erə tapşırılıb.
42 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib. O, bu postda Tamer Tunanı əvəzləyib.
Qeyd edək ki, "Bursaspor" 25 oyundan sonra 25 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb. Bursa təmsilçisi rəqiblərindən iki oyun az keçirib. Mustafa Er 2020-ci ilin sentyabrından 2021-ci ilin avqustunadək "Bursaspor"un baş məşqçisi olub.
Son xəbərlər
01:02
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
Digər ölkələr00:49
SEPAH: ABŞ-nin iki pilotsuz təyyarəsi vurulub
Region00:27
CNN: Tramp Lindsi Qremin Rusiyaya qarşı irəli sürdüyü sanksiyalar paketini dəstəkləyəcək
Digər ölkələr00:00
CENTCOM: ABŞ iyulun 15-də İran limanlarının blokadasını bərpa edəcək
Digər ölkələr23:47
"Tasnim": Hörmüz boğazında bir neçə gəmi atəşə tutulub
Digər ölkələr23:33
Paris və Kiyev Ukraynada idarə olunan bomba və raketlər istehsal edəcəklər
Digər ölkələr23:17
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib
Digər ölkələr23:01
Ukrayna parlamentinə Baş nazir Yuliya Sviridenkonun istefa ərizəsi daxil olub
Digər ölkələr22:41