Braziliyalı futbolçu "Qarabağ"da yubiley qolunu vurub
Futbol
- 20 mart, 2022
- 06:04

Kadi Borges “Qarabağ” klubunda 10-cu qolunu vurub.
"Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi buna "Zirə"ni 3:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XX tur oyununda nail olub.
Qarşılaşmada iki dəfə fərqlənən yarımmüdafiəçi öncə yubiley qoluna, sonra 11-ci topa imza atıb. Komandasında 33 matç keçirən braziliyalı oyunçunun orta məhsuldarlığı 0,33-ə bərabərdir.
Borges Premyer Liqada 6, Konfrans Liqasında 5 dəfə rəqib qapısına yol tapıb.
2021-ci ilin yayında Ağdam klubuna keçən yarımmüdafiəçi bütün qollarını cari mövsümdə vurub. O, bu mövsüm “Qarabağ”da 10 və daha çox qol vuran ikinci futbolçu olub və Abdullah Zubirə çatıb.
Son xəbərlər
12:23
Niderlandın yeni səfiri: Azərbaycanla siyasi və iqtisadi sahədə güclü əməkdaşlıq etmək niyyətindəyik
Xarici siyasət12:22
"Atletiko" Belçika klubunun futbolçusu ilə maraqlanır
Futbol12:18
Foto
Prezident Niderlandın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Xarici siyasət12:14
Foto
İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Xarici siyasət12:11
Nazir: Ramiz Quliyev ifaçılıq sənəti, pedaqoji fəaliyyəti və insani keyfiyyətləri ilə nümunə idi
İncəsənət12:09
Madaqaskar Prezidenti ölkəni tərk etdiyini təsdiqləyib
Digər ölkələr12:06
Bu ilin 9 ayında 16 mindən çox əcnəbi Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib
Daxili siyasət11:58
Foto
Vaqif Cavadov "Tvente" klubunda təcrübədə olub
Futbol11:57