"Beşiktaş"ın yeni baş məşqçisinin kimliyi bəlli olub
Futbol
- 29 avqust, 2025
- 05:54
Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisinin kimliyi bəlli olub.
"Report" "TRT Spor"a istinadən xəbər verir ki, "qara qartallar"ı bundan sonra Sergen Yalçın çalışdıracaq.
Qeyd olunub ki, S. Yalçın bu gündən artıq məşqlərə də qatılacaq.
Xatırladaq ki, bu, çalışdırıcının "Beşiktaş"da baş məşqçi kimi ikinci dönəmi olacaq. Belə ki, o, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək "qara qartallar"ın baş məşqçisi olub və komanda ilə Türkiyə Superliqasını və kubokunu qazanıb.
Onu da bildirək ki, "Beşiktaş" norveçli baş məşqçi Ule Qunnar Sulşerlə UEFA Konfrans Liqasındakı uğursuz çıxışdan sonra yollarını ayırıb.
Son xəbərlər
05:52
Süd Yolu qalaktikasının mərkəzində qara dəlik yox, qaranlıq maddə ola bilər
Elm və təhsil05:16
"SpaceX" raketi daha bir qrup "Starlink" internet peykini orbitə çıxarıb
İKT04:51
AP: Tramp ABŞ hərbçilərini İran və Ukrayna üzrə diplomatik səylərə cəlb edib
Digər ölkələr04:14
"The Washington Post" qəzetinin baş direktoru istefa verib
Digər ölkələr03:48
KİV: Şimali Koreyanın hakim partiyasının qurultayında əsas siyasət istiqamətləri müəyyən ediləcək
Digər ölkələr03:10
Foto
Aralıq dənizində 5 maqnitudalı zəlzələ baş verib
Hadisə02:58
Kiyevdə kritik infrastruktur alternativ enerji mənbələrinə keçirilib
Digər ölkələr02:33
İtaliyanın şimalında qar uçqunu nəticəsində üç xizəkçi həlak olub
Digər ölkələr02:04