"Beşiktaş" baş məşqçisi ilə bağlı qərar verib
Futbol
- 29 noyabr, 2021
- 05:36
Türkiyənin "Beşiktaş" klubu baş məşqçisi Sergen Yalçınla bağlı qərar qəbul edib.
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Emre Kocadağ mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, zirvə toplantısından sonra 49 yaşlı mütəxəssislə yola davam edilməsi məqsədəuyğun sayılıb. İclasda Kocadağla yanaşı, "Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi və Sergen Yalçın da iştirak edib.
Qeyd edək ki, "Beşiktaş" son olaraq Türkiyə Super Liqasının XIV turunda evdə "Giresunspor"a 0:4 hesabı ilə uduzub. Son ölkə çempionu 20 xalla 10-cu pillədə qərarlaşıb və lider "Trabzonspor"dan 16 xal geridədir.
Son xəbərlər
12:21
Ekspert: "Təhlükəsizliyin təmin olunması iqtisadi dəyər yaradır"
Biznes12:21
Rusiyanın Belqorod vilayətində Ukraynanın hücumları nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb
Digər ölkələr12:10
İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq
Xarici siyasət12:07
Azərbaycanda kraudfandinq sahəsində vergi güzəştləri mexanizminin tətbiqi təklif olunur
Maliyyə12:05
Aİ Rusiyaya qarşı 250 bənddən ibarət rekord sanksiya siyahısını razılaşdırır
Digər ölkələr12:02
Foto
Video
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-2
Media11:58
Azərbaycan məktəbliləri Beynəlxalq Fizika Olimpiadasında son 20 ilin ən yüksək nəticəsini əldə ediblər
Elm və təhsil11:54
İlham Əliyev: Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqı BMT TŞ-də təmsil olunmalıdır
Xarici siyasət11:53