Besar İseni: "Neftçi"ni yaxşı təhlil etmişik"
Futbol
- 26 avqust, 2020
- 16:55
"Sabah təcrübəli komandaya qarşı oynayacağıq. Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışıq".
"Report" xəbər verir ki, bu fikirləri Şimali Makedoniyanın "Şkupi" komandasının kapitanı Besar İseni UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Neftçi" ilə matçdan əvvəl mətbuat konfransında deyib.
23 yaşlı yarımmüdafiəçi bildirib ki, cütün taleyi bir oyundan sonra həll olacaq və bu səbəbdən hər şey baş verə bilər. O, sabah yaxşı oyun sərgiləyəcəklərinə və qələbə qazanacaqlarına ümid etdiyini söyləyib: "Rəqibi yaxşı təhlil etmişik. Sabahkı matça hazırıq. Meydanda öz oyunumuzu nümayiş etdirəcəyik".
Qeyd edək ki, avqustun 27-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.
Son xəbərlər
02:02
"Sovetski"də görüləcək işlər məlum olub
İnfrastruktur01:55
Dumana görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
İnfrastruktur01:38
Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
Daxili siyasət01:27
İlham Əliyev: Əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol verənlər var
Daxili siyasət01:17
Dövlət başçısı: Neft hasilatının sabitləşdirilməsi üzərində işləyirik
Energetika01:07
Prezident silah ixracından danışıb: Qısamüddətli hədəf ixracı bir milyard dollara çatdırmaqdır
Hərbi00:33
Abşeron yarımadasının su-kanalizasiya sistemləri üzrə irimiqyaslı proqram qəbul ediləcək
İnfrastruktur00:20
Delsi Rodriqes Venesuelanın müvəqqəti prezidenti kimi and içib
Digər ölkələr00:01
Foto
Video