Belarus millisinin futbolçusuna danışılmış oyun cəzası
Futbol
- 06 avqust, 2020
- 18:19
Belarus millisinin və BATE klubunun futbolçusu Zaxar Volkov 2 il müddətinə diskvalifikasiya olunub.
"Report"un məlumatına görə, bu barədə qərar Belarus Futbol Federasiyaları Assosiasiyasının (ABFF) Nizam-İntizam və Etik Məsələlər Komitəsinin iclasında qəbul edilib. 23 yaşlı müdafiəçi "Naftan"ın oyunçusu ikən danışılmış matçda iştirakı səbəbindən cəzalandırılıb.
Hazırda Volkovun Belarus yığmasında və digər çempionatlarda oynayıb-oynaya bilməyəcəyi məlum deyil. Komitə sədri Andrey Avdeyev bildirib ki, FIFA və UEFA bu cür qayda pozuntularına çox ciddi yanaşır.
Qeyd edək ki, Zaxar Volkov BATE-yə 2018-ci ildə "Naftan"dan keçib. Həmin il o, Borisov komandası ilə Belarus çempionluğu qazanıb.
Son xəbərlər
09:21
Yohan Kroyfun oğlu "Ayaks"da çalışacaq
Futbol09:12
"Barselona"nın qapıçısı İspaniyanın başqa komandasına keçməyə yaxındır
Futbol09:08
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (29.12.2025)
Maliyyə09:01
"Rabitəbank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə09:01
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Hərbi08:52
Kambocanın Baş naziri: Tailandla atəşkəs kapitulyasiya demək deyil
Digər ölkələr08:40
İndoneziyada qocalar evində baş verən yanğında 16 nəfər ölüb
Digər ölkələr08:31
Türkiyədə İŞİD-ə qarşı keçirilən əməliyyatda 7 polis yaralanıb
Region08:13