Bəhlul Mustafazadə: "Yaxşı mübarizə apardıq"
Futbol
- 23 avqust, 2022
- 21:24
"Yaxşı mübarizə apardıq".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra CBC Sporta açıqlamasında deyib.
25 yaşlı müdafiəçi qitənin bir nömrəli klub turnirində qrup mərhələsinə vəsiqə qazana bilmədikləri üçün təəssüfləndiyini söyləyib: "Matça yaxşı hazırlaşmışdıq. Mərhələ adlamağı çox istəyirdik. Komanda şəklində vuruşduq və əlimizdən gələni etdik. Amma alınmadı. Avropa Liqasında qələbələr qazanmağa çalışacağıq. Bu gün xalqımızı sevindirə bilmədik. Bütün azarkeşlərə dəstək olduqları üçün təşəkkür edirəm".
Qeyd edək ki, "Qarabağ" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.
Son xəbərlər
01:51
Argentinada helikopter qəzaya uğrayıb, yeddi nəfər həlak olub
Digər ölkələr01:40
Türkiyənin 9 vilayətində meşə yanğınları qeydə alınıb
Region01:11
Tramp: İrana güclü zərbə endirəcəyik
Digər ölkələr00:42
Ağ Ev COVID-19-un laboratoriya mənşəli olması barədə məlumatlar təqdim edib
Digər ölkələr00:15
Hakan Fidan HƏMAS lideri ilə görüşüb
Region23:54
Serbiya parlamenti hökumətə etimadsızlıq qətnaməsini rədd edib
Digər ölkələr23:53
"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
Futbol23:50
Ukraynada F-16 qırıcısı qəzaya uğrayıb
Digər ölkələr23:44