"Bavariya" Yozua Kimmixlə müqavilə müddətini uzadıb
Futbol
- 13 mart, 2025
- 17:22
Almaniyanın "Bavariya" klubu yarımmüdafiəçi Yozua Kimmixlə müqavilənin müddətini 2029-cu ilə qədər uzadıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2015-ci ildən "Bavariya"nın formasını geyinən 30 yaşlı futbolçu bu müddətdə meydana çıxdığı 429 oyunda 43 qol, 115 məhsuldar ötürmə ilə yadda qalıb.
O, ümumilikdə 8 dəfə Bundesliqa çempionluğu yaşayıb, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Çempionlar Liqasının və ölkə Superkubokunun qalibi olub. Kimmix klublararası dünya çempionatının və Avropa Superkubokunun da qalibi adını qazanıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu Almaniya Bundesliqasında cari mövsümdə meydana çıxdığı 23 oyunda 1 qola, 6 məhsuldar ötürməyə imza atıb.
Son xəbərlər
05:09
DÇ-2026: Portuqaliya Xorvatiyaya qalib gələrək 1/8 finalda İspaniyaya rəqib olub - YENİLƏNİB-6
Futbol04:29
NYT: İsrail Qalibafın Pakistandan İrana uçan təyyarəsinə hücum etməyi planlaşdırıb
Digər ölkələr03:53
Münxendə isti havaya görə fövqəladə vəziyyət elan edilib
Digər ölkələr03:29
Ronaldu dünya çempionatlarının pley-off mərhələsində meydana çıxan ən yaşlı futbolçu olub
Futbol03:19
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik: "Bəlkə də, növbəti dünya çempionuna qarşı çıxış etmişik"
Futbol02:57
Ronaldu dünya çempionatından sonra Portuqaliya millisindəki karyerasını başa vuracaq
Futbol02:45
Əli Xamenei ilə vida mərasimində Türkiyəni Cevdet Yılmaz təmsil edəcək
Region02:09
Rusiyada yanacaq qıtlığı fonunda il sonunadək "Avro-3" benzininin dövriyyəsinə icazə verilib
Region01:46