“Bavariya” Oliver Kanı istefaya göndərə bilər
Futbol
- 27 may, 2023
- 08:20
Almaniyanın “Bavariya” klubu baş direktoru Oliver Kanı istefaya göndərə bilər.
“Report” xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira özünün sosial şəbəkə səhifəsi vasitəsilə məlumat yayıb.
Onun sözlərinə görə, Münhen təmsilçisinin cari mövsümdəki çıxışı səbəbindən əfsanəvi qapıçının gələcəyi şübhə altındadır. Komanda indi mövsümü titulsuz başa vurmaq riski ilə üz-üzədir.
Almaniya Kubokunda və UEFA Çempionlar Liqasında mübarizəni erkən dayandıran “Bavariya” Bundesliqada çempion ola bilməsə, Oliver Kan İdarə Heyətinin qərarı ilə istefaya göndəriləcək.
Qeyd edək ki, Bundesliqada son tur öncəsi “Bavariya” 68 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Son turun görüşləri bu gün keçiriləcək.
Son xəbərlər
16:36
Azərbaycanın boccia millisinin üzvləri Qahirədə Çellencer turnirində iştirak edəcəklər
Fərdi16:29
Foto
Pərviz Şahbazov Goranboyda vətəndaşları qəbul edib
Energetika16:27
Azərbaycan klublarının avrokuboklarda cavab oyunlarına hakim təyinatları açıqlanıb
Futbol16:24
Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH
Analitika16:16
Foto
Azərbaycan və "Visa" ödənişlərin qəbuluna dair xərclərin optimallaşdırılmasını müzakirə ediblər
Maliyyə16:16
Canluici Buffon İtaliya millisində işləməkdən imtina edib
Futbol16:07
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Digər ölkələr15:59
Azərbaycandan Tunisə neft ixracı 2,4 dəfə artıb
Energetika15:59