"Bavariya"nın baş məşqçisi istefa verə bilər
Futbol
- 07 aprel, 2021
- 15:52
Almaniya "Bavariya"sının baş məşqçisi Hans-Diter Flik cari mövsümün sonunda vəzifəsindən ayrıla bilər.
"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis klubdakı vəziyyətdən narazıdır.
O, yayda komandanı tərk edə biləcəyi ilə bağlı rəhbərliyi məlumatlandırıb. İddiaya görə, almaniyalı baş məşqçinin Münhen təmsilçisinin idman direktoru Hasan Salihamidziçlə münasibətləri yaxşı deyil. Onların arasında kadr və transfer məsələlərində fikir ayrılıqları var.
Qeyd edək ki, "Bavariya" Hans-Diter Flikin rəhbərliyi altında Bundesliqa, ölkə kuboku və Superkuboku, həmçinin Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatının qalibi olub.
Son xəbərlər
10:50
Rəşad Nəbiyev Zəngilanda vətəndaşları qəbul edəcək
İKT10:44
Lənkəranda çay kənarında narkotik tərkibli bitkilər yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub
Hadisə10:43
Ələt AİZ-lə TRACECA katibliyi memorandum imzalamaq imkanını nəzərdən keçirir
İnfrastruktur10:39
Bakıda küçələrdən birinə Xalq yazıçısı Elçinin adı verilib
Mədəniyyət siyasəti10:36
"Balakən" KSES-də istehsal olunan enerjinin həcmi açıqlanıb
Energetika10:30
Foto
Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub
Mədəniyyət siyasəti10:29
Foto
AFFA Hakimlər Komitəsinin iclasında 2026/2027 mövsümü üçün hakim siyahıları təsdiqlənib
Futbol10:24
Xalq yazıçısı Anar: Elçin yaxşı dost və böyük şəxsiyyət idi
Mədəniyyət siyasəti10:23