"Bavariya" klubu PSJ-dən üzr istəyib
Futbol
- 28 noyabr, 2024
- 12:26
"Bavariya" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunun PSJ ilə ev matçı zamanı Paris təmsilçisi və onun prezidenti Nasser Əl-Xelaifiyə qarşı yönəlmiş plakatlara görə üzr istəyib.
"Report" xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti bəyanat yayıb.
Münhenlilər rəqib komandanın və rəsmi nümayəndələrinin bu şəkildə hücuma məruz qalmasına və təhqir olunmasına görə üzr istəyib. Həmçinin plakatların "Bavariya"nın mövqeyini əks etdirmədiyi və iki klub arasındakı münasibətlərə uyğun gəlmədiyi bildirilib.
Qeyd edək ki, qarşılaşma "Bavariya"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Son xəbərlər
00:23
Ukrayna İsveçdən 16 ədəd "Gripen E" qırıcı təyyarəsi alacaq
Digər ölkələr00:06
ABŞ ilə razılaşmadan sonra İran nefti 20 % bahalaşıb
Region00:03
İran Fars körfəzində baş verənləri atəşkəsin pozulması hesab edir
Region23:51
Qalibaf: Uranın zənginləşdirilməsi İranın "qırmızı xətti"dir
Region23:50
Stole Solbakken: "Norveç millisi dünya çempionatı yolunda çox əziyyət çəkib"
Futbol23:46
Foto
Çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub
Fərdi23:43
İran, ABŞ və Livan birgə komissiya yaradır
Region23:41
Emers Fae: "Son anlarda qapımızda həlledici qolu görmək üzücüdür"
Futbol23:41