"Bavariya" İsmael Saybari üçün PSV ilə danışıqlara başlayıb
Futbol
- 02 iyun, 2026
- 10:46
Almaniyanın "Bavariya" klubu PSV-nin (Niderland) və Mərakeş yığmasının vingeri İsmael Saybarini heyətinə qata bilər.
"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Münhen təmsilçisi 25 yaşlı oyunçu ilə danışıqlara başlayıb.
Saybarinin "Bavariya"ya keçməyə müsbət yanaşdığı bildirilib. Lakin Münhen klubu transfer məbləğini PSV ilə razılaşdırmalıdır. Futbolçunun Niderland klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, İ.Saybari ötən mövsüm PSV-nin heyətində bütün turnirlərdə 37 matça çıxıb, 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.
Son xəbərlər
06:53
Xocavənd sakini: Şəhid və qazilərimizin, Ali Baş Komandanımızın sayəsində torpaqlarımıza qayıdırıq
Daxili siyasət06:28
Keçmiş məcburi köçkün: 25 yaşında çıxdığım doğma Şuşaya nəvələrimlə qayıdıram
Daxili siyasət06:09
"Xatəm əl-Ənbiya": İran ABŞ-nin Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək
Region05:56
Türkiyədə minik və yük avtomobilləri toqquşub, ölənlər var
Region05:10
WSJ: ABŞ İrana endirilən zərbələrdən sonra danışıqları davam etdirmək istəyir
Digər ölkələr04:36
Venesuelada zəlzələ qurbanlarının sayı 3 685 nəfərə çatıb
Digər ölkələr04:12
Serbiyada məcburi hərbi xidmətə ilk çağırışa 2027-ci ilin martında başlanacaq
Digər ölkələr04:00
Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso: "İmkanlarımız olsa da, bundan yararlana bilmədik"
Futbol03:38