Baş hakim Portuqaliya yığmasından üzr istədi
Futbol
- 28 mart, 2021
- 05:37
Hollandiyalı baş hakim Danni Makkeli Serbiya yığması ilə dünya çempionatının seçmə oyununun uzatma dəqiqələrində Portuqaliya millisinin qolunu saymadığı üçün üzr istəyib.
"Report"un məlumatına görə, bu barədə qonaq komandanın baş məşqçisi Fernandu Santuş açıqlama verib.
Santuş bildirib ki, Makkeli matçın ardından epizodun təkrarına baxdıqdan sonra üzrxahlıq edib: "O, hələ meydançada mənə görüntülərə baxmaq və əsas olarsa, üzr istəmək niyyətində olduğunu dedi. Belə də oldu, üzr istədi".
Qeyd edək ki, Serbiya - Portuqaliya matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda hər iki komanda A qrupunda 4 xalla ilk 2 pillədə qərarlaşıb. İlk turda Portuqaliyaya 0:1 hesabı ilə uduzmuş Azərbaycan millisi martın 30-da Serbiyanı qəbul edəcək.
Son xəbərlər
09:52
Qanalı hücumçunun "Mançester Siti"yə keçəcəyi ehtimal olunur
Futbol09:50
Ucarda sahibsiz itlər 61 yaşlı kişiyə hücum edib
Hadisə09:46
Azərbaycan şirkəti nizamnamə kapitalını 39 % azaldır
Biznes09:35
Moskvada iki polis əməkdaşı partlayışda ölüb
Digər ölkələr09:34
Azərbaycan neftinin qiyməti 66 dolları ötüb
Energetika09:26
Xətainin bəzi küçələrində qaz olmayacaq
Energetika09:24
Saatlıda 92 yaşlı kişi və 89 yaşlı arvadı dəm qazından boğularaq ölüb
Hadisə09:24
Üçqat Avropa çempionu 27 yaşında vəfat edib
Fərdi09:21