"Barselona" növbəti transferini açıqladı
Futbol
- 02 iyun, 2021
- 09:08
İspaniyanın "Barselona" klubu növbəti transferini açıqlayıb.
"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, son iki mövsümü "Betis"də keçirmiş Emerson Royal yenidən heyətə cəlb olunub.
"Barselona"ya məxsus olan 22 yaşlı yarımmüdafiəçi iki il icarə əsasında Sevilya təmsilçisində çıxış edib. Klub braziliyalı oyunçunu geri qaytarmaq hüququndan yararlanıb.
Qeyd edək ki, 2019-cu ildə ölkəsinin "Atletiko Mineyro" klubundan "Barselona"ya keçən Emerson Royal həmin il icarəyə verilib.
Ronald Kumanın baş məşqçi olduğu kollektiv daha əvvəl İngiltərə "Mançester Siti"sindən Serxio Aquero və Erik Qarsiyanı heyətinə qatıb.
Son xəbərlər
15:43
Ərdoğan Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib
Region15:38
"Karvan-Yevlax" Emin Rüstəmovla yolları ayırıb
Futbol15:35
Hikmət Hacıyev: Birinci Qarabağ müharibəsindən bu yana 4009 Azərbaycan vətəndaşı itkindir
Daxili siyasət15:34
Azərbaycanda aqrar infrastuktur məlumatları vahid rəqəmsal sistemdə birləşdiriləcək
ASK15:30
Şahbaz Şərif: Pakistan Bakı və İrəvan arasındakı sülhə böyük əhəmiyyət verir
Xarici siyasət15:30
Bakı metrosu yay qrafikinə keçir
İnfrastruktur15:28
İlham Bayramov: "Bu il 1,5 milyon hektardan çox torpaq sahəsi suvarılacaq"
ASK15:27
İzmirdə silahlı insident zamanı 15 yaşlı yeniyetmə ölüb, 2 azyaşlı həbs olunub
Region15:22