"Barselona"nın sabiq futbolçusu "Yuventus"a keçə bilər
Futbol
- 23 yanvar, 2026
- 11:27
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun futbolçusu Frank Kessye karyerasını İtaliya təmsilçisi "Yuventus"da davam etdirə bilər.
"Report" "Calciomercato"ya istinadən xəbər verir ki, "qoca sinyora" 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün işlərə başlayıb.
Turin komandası ilk olaraq oyunçunun nümayəndələri ilə danışıqlara start verib.
F.Kessyenin klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. O, Avropaya qayıtmaq variantını da nəzərdə keçirir.
Qeyd edək ki, Fildişi Sahilindən olan futbolçu İtaliyada "Milan", "Atalanta", İspaniyada "Barselona"nın formasını geyinib.
Son xəbərlər
04:43
ABŞ-də qismən şatdauna son qoyulub
Digər ölkələr04:20
Ağ Ev: Delsi Rodrigesin ABŞ-yə səfəri müzakirə olunur
Digər ölkələr03:39
İlon Mask "X"in Parisdəki ofisində aparılan axtarışı siyasi hücum adlandırıb
Digər ölkələr03:14
"Tasnim": İranın PUA-sı əlaqə kəsilməzdən əvvəl bütün məlumatlarını ötürüb
Digər ölkələr02:43
Video
Qərbi Azərbaycan Xronikası: Beşbarmaq Gorus rayonu ərazisində qışlaq adıdır
Daxili siyasət02:17
Estoniya Rusiyaya istiqamətlənən yük gəmisini saxlayıb
Digər ölkələr01:35
Məcnun Məmmədov: Kənd təsərrüfatında süni zəkanın tətbiqi üzərinə çalışırıq
Daxili siyasət01:07
Foto
Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib
Xarici siyasət01:04