"Barselona"nın sabiq baş məşqçisi klubdan 4 milyon avro istəyir
Futbol
- 23 yanvar, 2021
- 09:23
İspaniyanın "Barselona" klubu sabiq baş məşqçisi Kike Setyenlə təzminat barədə razılığa gələ bilmir.
"Report" "Cadena Ser"ə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis Kataloniya təmsilçisindən 4 milyon avro tələb edir.
Klub rəhbərliyi gözləntiləri doğrultmadığı üçün işdən çıxarılan keçmiş baş məşqçiyə təzminat vermək istəmir.
"Barselona" bu cür ödəmələrə çox pul xərcləyib. Klub Setyendən əvvəl Ernesto Valverdeyə 11 milyon avro təzminat ödəyib. Rəhbərlik hazırkı baş məşqçi Ronald Kuman üçün isə Niderland Futbol Federasiyasına 5 milyon avro ödəniş edib.
Qeyd edək ki, Kike Setyen 2020-ci ilin yanvarında baş məşqçi təyin edilib və avqustda istefaya göndərilib.
Son xəbərlər
19:10
Azərbaycan Basketbol Liqasında XVII tura start verilib
Komanda19:05
Video
AFFA Hakimlər Komitəsinin sədri XIX turda Kamal Umudlunun səhv qərar qəbul etdiyini təsdiqləyib
Futbol18:57
Zelenski ABŞ ilə danışıqların yeni raundu barədə məlumat verib
Digər ölkələr18:56
Foto
Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib
İKT18:54
Azərbaycan çempionatında sərbəst güləş üzrə ilk finalçılar məlum olub
Fərdi18:46
Foto
Azərbaycanda su obyektlərinin mühafizəsi istiqamətində tədbirlər gücləndirilir
Daxili siyasət18:40
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Media18:37
Foto
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb
Mədəniyyət siyasəti18:31
Foto