"Barselona"nın prezidenti Messi ilə görüşdən imtina etdi
Futbol
- 28 avqust, 2020
- 19:06
İspaniya "Barselona"sının rəhbərliyi komandanın kapitanı Lionel Messinin başqa komandaya keçə bilməsi üçün güzəştə getmək fikrində deyil.
"Report" xəbər verir ki, bu barədə tanınmış jurnalist Giyom Balaqe özünün sosial şəbəkədəki hesabında yazıb.
Onun sözlərinə görə, argentinalı futbolçu klubun prezidenti Jozep Mariya Bartomeu ilə görüşmək istəsə də, o, bundan imtina edib.
33 yaşlı hücumçunu komandanın əsas silahı hesab edən rəhbərlik onun yalnız müqaviləsində qeyd olunmuş 700 000 000 avroluq təzminat qarşılığında satıla biləcəyini vurğulayıb.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Messi 2003-cü ildən bu komandada çıxış edir. Onun İngiltərənin "Mançester Siti" klubuna keçəcəyi gözlənilir.
Son xəbərlər
17:01
Djedoviç-Xandanoviç: "Serbiya mayda Nişdə elektrik stansiyasının tikintisi şərtlərini təsdiqləyəcək"
Energetika16:50
Vuçiç: Serbiya və İsrail birgə dron istehsalına başlayacaq
Digər ölkələr16:47
Foto
Fərid Qayıbov Avropa Atletika Assosiasiyasının prezidenti ilə birgə layihələri müzakirə edib
Fərdi16:47
Mirzoyan-Kallas görüşündə strateji tərəfdaşlıq gündəliyi və demokratik dayanıqlılıq müzakirə olunub
Digər16:47
AMB rəsmisi: "Heç bir bankla bağlı riskli vəziyyət yoxdur"
Maliyyə16:45
Foto
Bakıda AQEM Qadınlar Şurasının ilk iclası keçirilib, tövsiyə sənədi qəbul edilib
Xarici siyasət16:42
Azərbaycanda icbari fərdi qəza sığortasının əhatəliliyi artırılır
Maliyyə16:41
Video
Xəzərdə Neft Daşlarının yaxınlığında balıqçı batıb, əraziyə helikopter cəlb edilib
Hadisə16:40