"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Futbol
- 22 sentyabr, 2020
- 16:28
İspaniya "Barselona"sının futbolçusu Usman Dembelenin İngiltərənin "Liverpul" klubuna transferi baş tutmayıb.
"Report" xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün şəxsi "Twitter" səhifəsində paylaşım edib.
İddiaya görə, Premyer Liqa təmsilçisi fransalı hücumçunu icarəyə götürmək istəsə də, o, Kataloniyada qalmağa üstünlük verib.
23 yaşlı forvard daha əvvəl İngiltərənin digər klubu "Mançester Yunayted"ə keçməkdən imtina edib.
Qeyd edək ki, Usman Dembele 2017-ci ilin yayında Almaniyanın "Borussiya" (Dortmund) klubundan 138 milyon avro qarşılığında "Barselona"ya transfer olunub.
Son xəbərlər
18:15
Aİ Suriya ilə əməkdaşlığın genişləndirilməsini təklif edir
Digər ölkələr18:10
Ermənistandan Azərbaycana ixracı mümkün olan mallar açıqlanıb
Region18:09
"Avant Group" MMC-də strukturlaşma və idarəetmənin təkmilləşdirilməsi prosesi gedir
Biznes18:04
Rusiyanın Kiyevə hava hücumu nəticəsində Ukrayna Ali Radasının kommuhal sistemi dağıdılıb
Digər ölkələr18:03
Suriyada İŞİD-in yüksək "rütbəli" komandiri ələ keçirilib
Digər ölkələr17:59
Deputat: "Enerji layihələri Azərbaycanın qlobal miqyasda mövqeyini daha da möhkəmləndirir"
Energetika17:51
Tehran meri: Aksiyalar zamanı şəhər infrastrukturunda dağıntılar qeydə alınıb
Region17:51
Azərbaycanda publik hüquqi şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişib
Maliyyə17:50