"Barselona"nın baş məşqçisi futbolçunun çıxışından narazıdır
Futbol
- 24 noyabr, 2025
- 13:57
İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik futbolçu Dani Olmonun çıxışından narazıdır.
"Report" "Don Balon" nəşrinə istinadən xəbər verir ki, mütəxəssis 27 yaşlı yarımmüdafiəçini növbəti görüşlərdə meydana buraxmamaq qərarına gəlib.
Alman baş məşqçi Olmonun meydanın mərkəzində kifayət qədər fəal olmadığını və pressinq zamanı komanda yoldaşlarına kömək etmədiyini bildirib.
Onun tez-tez zədələnməsi də buna səbəb olub.
Qeyd edək ki, Dani Olmo cari mövsüm Kataloniya təmsilçisinin heyətində 14 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla 2030-cu ilin yayınadək müqaviləsi var.
Son xəbərlər
15:06
Azərbaycan Premyer Liqasında XXI turun oyunlarının təyinatları bəlli olub
Futbol15:04
Azərbaycanda halal turizmə aid yeni dövlət standartı qəbul olunacaq
Biznes14:55
Şəhidin həyat yoldaşı: 34 ildir hər gün onun yolunu gözləyirdik
Daxili siyasət14:53
Serbiyanın Baş naziri: "Beynəlxalq turizm bazarlarında mövqeyimiz güclənib"
Turizm14:48
Foto
Video
Mingəçevirdə I Qarabağ müharibəsinin itkin-şəhidi Şahin Kərimov dəfn edilib - YENİLƏNİB
Daxili siyasət14:46
Gürcüstanın Azərbaycandan yanacaq və sürtkü yağları alışına çəkdiyi xərc 47 % artıb
Energetika14:46
Foto
Lerikdə I Qarabağ müharibəsinin itkin-şəhidi Nail Dənziyev dəfn edilib - YENİLƏNİB
Daxili siyasət14:44
Samuxda başından balta ilə xəsarət alan şəxs xəstəxanada ölüb
Hadisə14:44