"Barselona"nın ağır zədə alan qadın futbolçusunun sıradan çıxdığı müddət bəlli olub
Futbol
- 02 dekabr, 2025
- 22:04
"Barselona"nın və İspaniyanın qadınlardan ibarət millisinin yarımmüdafiəçisi Aitana Bonmati 5 ay yaşıl meydanlardan kənar qalacaq.
"Report" xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Millinin düşərgəsində olarkən, məşq zamanı sol fibulasını sındıran futbolçu əməliyyat olunub.
Qeyd edək ki, 27 yaşlı futbolçu bütün karyerasını "Barselona"da keçirib. O, Kataloniya klubunun heyətində Kral Kubokunun (7 dəfə), La Liqanın (6 dəfə), İspaniya Superkubokunun (5 dəfə) və UEFA Çempionlar Liqasının (3 dəfə) qalibi adını qazanıb. A.Bonmati İspaniya millisinin heyətində 2023-cü ildə dünya çempionu, 2025-ci ildə isə Avropa çempionu olub. O, "Qzıl top" mükafatının 3 qat qalibidir.
Son xəbərlər
22:33
Rəşad Sadıqov: "Çalışırdıq ki, "Neftçi" ilə oyun penaltilərə getməsin"
Futbol22:31
ABŞ Maduronun istefası ilə bağlı plan hazırlayır
Digər ölkələr22:22
Bitkoinin qiyməti 91 min dolları keçib
Maliyyə22:10
"Neftçi"nin məşqçisi: "Azarkeşlərdən üzr istəyirəm"
Futbol22:05
Zelenski: Ukrayna indi sülhün bərqərar olmasına əvvəlkindən daha yaxındır
Digər ölkələr22:04
"Barselona"nın ağır zədə alan qadın futbolçusunun sıradan çıxdığı müddət bəlli olub
Futbol22:01
Pentaqon narkotik daşıyan gəmilərə endirdiyi zərbələri qanuni adlandırıb
Digər ölkələr21:36
Misirə vizanın qiyməti artıb
Digər ölkələr21:32