"Barselona" Messini cəzalandırmayacaq
Futbol
- 31 avqust, 2020
- 10:02
İspaniyanın "Barselona" klubu ulduz futbolçusu Lionel Messini tibbi müayinədən keçməyə vaxtında gəlmədiyi üçün cəzalandırmayacaq.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin oyunçuları avqustun 30-da tibbi müayinədən keçib.
Messi müqaviləsinin ləğv olunması üçün kluba müraciət edib və mövsümöncəsi təlim-məşq toplanışına qatılmayacağını bildirib.
"Barselona" futbolçunun komandadan uzaq olduğu hər gün üçün maaşını kəsəcək.
Qeyd edək ki, Lionel Messi "Barselona"dan ayrılmaq istəyir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Forvard bu müddət ərzində bütün turnirlərdə 731 oyuna 634 qol və 285 məhsuldar ötürmə müəllifi olub.
Son xəbərlər
16:40
Budanov Varşavanın Zelenski ilə bağlı qərarına etiraz olaraq Polşanın dövlət mükafatından imtina edib
Digər ölkələr16:32
"Neftçi" braziliyalı futbolçu Qustavo Klismanla müqavilə imzalayıb
Futbol16:22
Azərbaycanda 5 ayda hər vətəndaş 629 manatlıq ödənişli xidmətdən istifadə edib
Biznes16:18
Tramp Meloni ilə münasibətləri bərpa etmək niyyətində olmadığını açıqlayıb
Digər ölkələr16:17
Foto
Video
Vilayət Eyvazov: Daxili Qoşunlar istənilən xidməti-döyüş tapşırığını yerinə yetirməyə qadirdir
Daxili siyasət16:00
DÇ-2026: Niderland və Almaniya milliləri növbəti oyunlarına çıxacaqlar
Futbol15:50
Foto
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
Komanda15:50
Videooyun nəhəngi "Ubisoft"un həmtəsisçisi Fransada təyyarə qəzasında ölüb
Digər ölkələr15:36