"Barselona" məşhur hücumçulardan imtina etdi
Futbol
- 26 sentyabr, 2020
- 10:16
İtaliyanın "Roma" klubunun futbolçusu Edin Ceko və Fransa PSJ-sindən ayrılan Edinson Kavani "Barselona"ya təklif olunub.
"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hər iki hücumçudan imtina edib.
Onlar klubun heyəti cavanlaşdırmaq və yeniləmək siyasətinə uyğun gəlməyib. "Barselona" oktyabrın 5-də transfer dönəmi bağlanmazdan əvvəl futbolçu satmayacağı təqdirdə, heç kimi almayacaq. Kataloniyalıların əsas hücumçusu Luis Suares "Atletiko"ya keçib.
Qeyd edək ki, Edinson Kavani hazırda azad agentdir. Edin Cekonun "Roma" ilə müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Son xəbərlər
08:33
Vaşinqton Körfəz ölkələrindən maliyyə dəstəyi gözləyir
Digər ölkələr08:16
Bakıda dörd istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:05
Tramp: İran hələ də raket və dronlara malikdir
Digər ölkələr07:37
SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb
Digər ölkələr07:08
Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Digər ölkələr06:40
The Washington Post: Vaşinqton İranla genişmiqyaslı müharibəyə hazırlaşır
Digər ölkələr06:18
ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb - YENİLƏNİB
Region05:50
İspaniya millisi FIFA reytinqində birinci yerə yüksələcək
Futbol05:13