"Barselona" çempionluq şansını itirdi
Futbol
- 16 may, 2021
- 19:00
İspaniyanın "Barselona" komandası 2020/2021 mövsümündə çempionluq şansını itirib.
"Report"un məlumatına görə, Kataloniya təmsilçisi La Liqanın XXXVII turunda evdə "Selta"ya 1:2 hesabı ilə uduzaraq, 76 xalla 3-cü pillədə qalıb. Əvəzində lider "Atletiko" evdə eyni hesabla "Osasuna"ya qalib gəlib və xalını 83-ə yüksəldib. "Real Madrid" isə "Atletik" üzərində 1:0 hesablı səfər qələbəsi sayəsində 81 xalla 2-ci pillədə qalıb.
Son turda "Barselona" səfərdə "Eybar"a qalib gəlsə belə, 3-cü pillədən yuxarı qalxa bilməyəcək. Üstəlik, 74 xalla 4-cü yerdə gedən "Sevilya" "Vilyarreal" üzərində səfər qələbəsi sayəsində Kataloniya komandasını keçə bilər.
Son xəbərlər
02:50
Stalinin imzaladığı sənəd hərracda təxminən 14 min dollara satılıb
Digər ölkələr02:27
Fidan Rusiyada keçirdiyi görüşlərdə Türkiyənin Cənubi Qafqazda sülh səylərinə dəstəyini yeniləyib
Region02:01
İngiltərə DÇ-2026-ya Xorvatiya üzərində böyükhesablı qələbə ilə başlayıb - YENİLƏNİB-8
Futbol01:59
Pezeşkian və Tramp anlaşma memorandumunu imzalayıb
Digər ölkələr01:47
Tramp ABŞ hərbçilərinin Fars körfəzi bölgəsində müvəqqəti qalacaqlarını bəyan edib
Digər ölkələr01:12
Bakının üç rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika01:04
Konqonun baş məşqçisi Sebastyen Desabr: "Futbolçularımla fəxr edirəm"
Futbol00:45
Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
Energetika00:43