"Barselona" baş məşqçisini istefaya göndərdi
Futbol
- 17 avqust, 2020
- 19:24
İspaniya "Barselona"sı baş məşqçisi Kike Setyenlə yollarını rəsmən ayırıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, qərar idarə heyətinin bu gün keçirilən iclasında qəbul olunub.
Kataloniya təmsilçisi ilə 2022-ci ilin yayınadək müqaviləsi olan ispaniyalı mütəxəssislə əməkdaşlığa son qoyulub.
Yerli mətbuat komandanın yeni baş məşqçisinin hazırda Niderland millisinə rəhbərlik edən Ronald Kuman olacağını iddia edir. Onunla 3 illik sözləşmə imzalanacaq.
Qeyd edək ki, Setyenin başçılığı altında La Liqada çempionluğu əldən verən "Barselona" UEFA Çempionlar Liqasında isə Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub.
Son xəbərlər
20:29
Sabah Nəsimi, Binəqədi və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
Energetika20:23
Qəbələdə keçirilən oyunda Azərbaycan millisi Pakistan üzərində qələbə qazanıb
Futbol20:15
Qəribabadi: İrana qarşı hazırlanan qətnamə hərbi cinayətləri silmək cəhdidir
Region20:03
Bakıda Gənclər üçün Süni İntellekt Forumu keçirilib
Elm və təhsil20:00
İsveçdə sığınacaq axtaranlara daimi yaşama icazəsi verilməyəcək
Digər ölkələr19:58
Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub olub
Futbol19:56
Foto
Niger millisi Bakıda ilk qələbəsini qazanıb
İdman19:48
"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib
Biznes19:43