"Barselona" 150 milyon avroluq təklifi rədd etdi
Futbol
- 29 sentyabr, 2020
- 05:42
İspaniyanın "Barselona" klubu futbolçusu Ansu Fatini İngiltərə "Mançester"inə satmaqdan imtina edib.
"Report"un "Catalunya Radio"ya istinadən məlumatına görə, Kataloniya təmsilçisi 150 milyon avroluq təklifi geri çevirib. Bundan sonra 18 yaşlı hücumçunun təzminat haqqı 170 milyon avrodan 400 milyon avroya yüksəlib.
Qeyd edək ki, Ansu Fati "Barselona"nın yetirməsidir. Gənc forvard ötən mövsüm La Liqada 11-i əsas heyətdə olmaqla, 24 oyuna 7 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2022-ci ilin yayınadəkdir. Cari mövsümdə isə ispaniyalı hücumçu "Vilyarreal"ı 4:0 hesabı ilə yendikləri görüşdə dubl edib.
Son xəbərlər
08:46
DÇ-2026: İordaniya - Əlcəzair oyununda üçüncü qol vurulub - YENİLƏNİB - 5
Futbol08:23
Foto
Bakıda 6 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:11
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Hadisə08:05
ABŞ "Titanik"in artefaktlarının hərracına qadağa qoyulmasını tələb edib
Digər ölkələr07:47
XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir
Daxili siyasət07:24
Pap Tyav: "Seneqal millisi üçün hələ heç nə bitməyib"
Futbol07:16
Stole Solbakken: "Seneqala qarşı oyunun sonluğu həyatımın ən uzun dəqiqələri idi"
Futbol07:07
Avstraliya "Valiant Shield 26" veynəlxalq təlimində iştirak edəcək
Digər ölkələr06:35