Azərbaycanlı mütəxəssis: "Fernandu Santuşun millidən göndərilməsi Azərbaycan futbolunun xeyrinə olacaq"
- 08 sentyabr, 2025
- 15:29

Fernandu Santuşun millidən göndərilməsi Azərbaycan futbolunun xeyrinə olacaq.
Bunu "Report"a açıqlamasında PRO kateqoriyalı məşqçi Azər Bağırov deyib.
O, Fernandu Santuşun bu gün Azərbaycan millisinin baş məşqçi postundan göndərilməsini şərh verib:
"AFFA onu baş məşqçi təyin edəndə əvvəlki uğurlarını göz önünə gətirib. Lakin Azərbaycan yığmasında nəticə verməyəndə, hər birimiz təəssüf hissi keçirdik. Artıq bir neçə matçdan öncə Santuş göndərilməli idi. Hər halda, onun millidəki işinə son verilməsi doğru addımdır. İnanırıq ki, növbəti seçim Azərbaycan futbolunun xeyrinə olacaq".
Qeyd edək ki, Fernandu Santuş ötən ilin iyununda Azərbaycan millisinin baş məşqçi postuna təyin olunmuşdu. Portuqaliyalı mütəxəssislə müqaviləyə bu gün qarşılıqlı şəkildə xitam verilib.