Azərbaycanın U-19 yığması "Slovenia Nations Cup"dakı ikinci oyunda da qələbə qazanıb
Futbol
- 06 sentyabr, 2025
- 14:47
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması "Slovenia Nations Cup" yoldaşlıq turnirində keçirdiyi ikinci oyunda da qələbə qazanıb.
"Report" xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan komanda Farer Adalarının müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gəlib.
"Çatez" stadionunda keçirilən görüş U-19-un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Rauf Qafarov (21-ci dəqiqədə) və Eltun Babazadə (57-ci dəqiqə, penalti) vurublar.
Qeyd edək ki, milli turnirdəki ilk matçında İslandiya seçməsi də eyni hesabla üstələmişdi. U-19 növbəti matçını sentyabrın 9-da Polşa komandasına qarşı keçirəcək.
Son xəbərlər
11:31
İranda sahibkarlar tətil keçirirlər
Region11:24
Azərbaycanda kirayə mənzil fonduna daha 222 mənzil əlavə olunub
İnfrastruktur11:22
Foto
Video
Bakının Süleyman Vəzirov küçəsində yenidənqurma işləri başa çatdırılıb
İnfrastruktur11:20
Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Hadisə11:20
Bakıdan Əbu-Dabiyə birbaşa uçuşların sayı artırılacaq
İnfrastruktur11:19
Azərbaycanda quş qripinə yoluxma aşkarlanmayıb - RƏSMİ
Sağlamlıq11:17
Naxçıvanda Heydər Əliyev Muzeyinin direktoru vəzifəsindən azad edilib
Mədəniyyət siyasəti11:06
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 %-ə yaxın artıb
Maliyyə11:03