Azərbaycanın U-19 yığması seçmə mərhələyə məğlubiyyətlə başlayıb
Futbol
- 10 noyabr, 2021
- 18:51
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində mübarizə başlayıb.
"Report"un məlumatına görə, Elxan Abdullayevin baş məşqçi olduğu kollektiv 8-ci qrupdakı ilk matçında Belçika yığması ilə qarşılaşıb. Lüksemburqun Vilts şəhərindəki "Poetz" stadionunda keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin heyətində yeganə qolu 27-ci dəqiqədə Mahmud Ağayev vurub. Qonaqlardan Yohan Bakayoko, Tur Rommens, Mario Stroykens, Luka Oyen fərqləniblər. Digər qolu isə Süleyman Damadayev öz qapısından keçirib.
Qeyd edək ki, yığma növbəti oyununu noyabrın 16-da meydan sahibi olan Lüksemburqa qarşı keçirəcək.
Son xəbərlər
09:27
Masato Kanda: "ADB-nin böhranın ilk sutkası ərzində pul ayırmaq imkanı var"
Maliyyə09:20
Braziliyalı futbolçu Halkın yeni klubu müəyyənləşib
Futbol09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.05.2026)
Maliyyə09:01
Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
Futbol08:59
ADB prezidenti: Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir
Energetika08:53
Masato Kanda: Yaxın Şərqdəki hadisələr Asiya-Sakit Okean regionunun bütün sektorlarına təsir göstərib
Maliyyə08:49
Avstraliyada 15 nəfərin öldürüldüyü hücumla bağlı ictimai dinləmələr başlayıb
Digər ölkələr08:30
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
Digər ölkələr08:17