Azərbaycanın U-19 millisi seçmə mərhələni qələbə ilə başa vurub
Futbol
- 16 noyabr, 2021
- 18:54

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
"Report"un məlumatına görə, Elxan Abdullayevin baş məşqçi olduğu kollektiv 8-ci qrupdakı 3-cü sınağında Lüksemburq yığması ilə qarşılaşıb. Vilts şəhərindəki "Poetz" stadionunda oynanılan görüş Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində qolları 23-cü dəqiqədə Mirmövsüm Canıyev və 77-ci dəqiqədə Mehrac Baxşəli vurublar.
Beləliklə, ilk iki qarşılaşmada Belçika və İspaniyaya uduzan milli komanda bu qalibiyyət sayəsində qrupu 3-cü sırada başa vurub.
Son xəbərlər
04:36
Avropa İttifaqı yeni sərhəd nəzarəti sisteminin tətbiqinə başlayır
Digər ölkələr04:00
Foto
Meksikada daşqınlarda ölənlərin sayı 40 nəfəri örtüb
Digər ölkələr03:28
UEFA seçmə turnirlərin qaydalarına dəyişiklik edə bilər
Futbol03:03
Video
Kaliforniyada festival zamanı helikopter qəzaya uğrayıb, xəsarət alanlar var
Digər ölkələr02:34
Qəzza danışıqlarında iştirak edən qətərli diplomatlar Misirdə yol qəzasında ölüb
Digər ölkələr02:15
"HƏMAS" bazar ertəsi israilli girovları azad etməyə başlayacaq
Digər ölkələr01:32
"Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
Digər ölkələr01:07
Axios: Azərbaycan Qəzza ilə bağlı "Sülh Sammiti"nə dəvət olunub
Xarici siyasət00:52