Azərbaycanlı futbol hakimində koronavirus aşkarlanıb
Futbol
- 22 oktyabr, 2021
- 13:08
Çexiyada "Yablonets" və Danimarkanın "Randers" klubları arasında UEFA Avropa Konfrans Liqasının qrup matçını Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, referi köməkçisi Zeynal Zeynalovun oyunöncəsi COVID-19 testi pozitiv nəticələndiyi üçün dördüncü hakim funksiyasını yerinə yetirməli olan Elçin Məsiyev Akif Əmirəli ilə birlikdə yan xətt hakimi kimi fəaliyyət göstərib. Matçın dördüncü hakimi isə çexiyalı Yan Petrik olub.
Ağayev, Məsiyev və Əmirəli oktyabrın 23-də Bakıya qayıdacaq, Zeynalov isə bir neçə gün Çexiyada karantin rejimində qalacaq.
Qeyd edək ki, görüş 2:2 hesabı ilə başa çatıb.
Son xəbərlər
04:28
"Barselona" bütün turnirlərdə son 10 ilin ən yaxşı qələbə seriyasına imza atıb
Futbol03:56
Rusiyanın Murmansk vilayətindəki neft bazasında 80 ton benzin dağılıb
Region03:29
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib
Region02:58
Olland: ABŞ-nin Qrenlandiyaya qarşı güc tətbiq etməsi NATO-nun sonu olar
Digər ölkələr02:26
Suriya Daxili İşlər Nazirliyi 400-dən çox SDQ döyüşçüsünün Hələbdən çıxarıldığını açıqlayıb
Digər ölkələr01:55
İsrail və Almaniya kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir
Digər ölkələr01:06
"Barselona" 16-cı dəfə İspaniya Superkubokunun qalibi olub
Futbol00:53
Britaniya Ukrayna üçün ballistik raketlərin hazırlanacağını açıqlayıb - YENİLƏNİB
Digər ölkələr00:26