Azərbaycanda işləmiş baş məşqçi reanimasiyaya yerləşdirilib
Futbol
- 27 fevral, 2022
- 11:21
"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Con Toşak reanimasiyaya yerləşdirilib.
"Report" "El Diario Vasco" nəşrinə istinadən xəbər verir ki, buna 73 yaşlı mütəxəssisin koronavirusa yoluxması səbəb olub.
Toşakın səhhəti son bir neçə saat ərzində pisləşib. Həkimlər onda ağır pnevmoniya olduğunu təsdiqləyiblər. Uelsdən olan baş məşqçi hazırda həyat yoldaşı ilə birlikdə İspaniyanın Barselona şəhərindəki xəstəxanadadır.
Qeyd edək ki, Con Toşak 2013-cü ildə "Xəzər Lənkəran"da işləyib. Təcrübəli mütəxəssis İspaniyanın "Real Madrid" klubuna və Uels yığmasına da rəhbərlik edib.
Son xəbərlər
08:11
Fransa Hörmüz boğazında hərbi mövcudluğunu saxlayıb
Digər ölkələr07:39
Kolumbiya - Qana matçının ən yaxşı futbolçusu Luis Dias olub
Futbol07:32
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib
Futbol07:32
DÇ-2026: Qananı məğlub edən Kolumbiya 1/8 finala çıxan sonuncu komanda olub - YENİLƏNİB-4
Futbol07:32
İranda Əli Xamenei ilə vida mərasimi başlayıb
Region07:03
Azərbaycan XİN ABŞ-ni təbrik edib
Xarici siyasət06:33
Venesuelada "Sunami" ləqəbli axtarış iti zəlzələdən sonra 26 nəfəri xilas edib
Digər ölkələr06:01
ABŞ-də ticarət mərkəzində atışma olub, ölənlər var
Digər ölkələr05:58