Azərbaycan Premyer Liqasının rekordçusu mükafatlandırılıb
Futbol
- 02 oktyabr, 2021
- 15:25

Azərbaycan Premyer Liqasında ən çox oyuna çıxan "Səbail"in futbolçusu Rahid Əmirquliyev mükafatlandırılıb.
"Report"un məlumatına görə, 32 yaşlı yarımmüdafiəçiyə mükafatları VI turda "Neftçi"yə qarşı keçirdikləri oyundan əvvəl Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və "Səbail"in İdarə Heyətinin sədri Əbdülqəni Nurməmmədovla icraçı direktor Fərəc Əliyev təqdim edib.
Əmirquliyevə 14 nömrəli xüsusi forma da verilib.
Qeyd edək ki, Rahid Əmirquliyev V turda "Zirə"yə 1:2 hesabı ilə uduzduqları qarşılaşmada rekordçu olub. Bu matç paytaxt təmsilçisinin kapitanı üçün 422-ci çempionat görüşü kimi tarixə düşüb. O, 421 dəfə meydana çıxan Mahmud Qurbanovu arxada qoyub.
Son xəbərlər
16:43
Hafiz Paşayev: "Azərbaycan texnoloji tərəqqiyə doğru aktiv şəkildə irəliləyir"
Maliyyə16:39
Erik ten Haqın qovulması Almaniya çempionatı tarixinə düşüb
Futbol16:33
Maqdalena Qrono: Naxçıvan mühüm logistika mərkəzinə çevriləcək
İnfrastruktur16:33
Məhkəmə külli miqdarda rüşvət almaqda təqsirləndirilən sabiq hərbi komissarı ev dustaqlığına buraxılıb
Hadisə16:32
Azərbaycanın hakim-inspektoru UEFA-dan təyinat alıb
Futbol16:31
Abşeronda narkokuryerlikdə təqsirləndirilən şəxslər həbs olunublar
Hadisə16:30
"Zirə"nin daha bir futbolçusu ölkəsinin millisinə dəvət alıb
Futbol16:28
Maqdalena Qrono: Yolların açılması və əməkdaşlığın qurulması Cənubi Qafqaz üçün əhəmiyyətlidir
Xarici siyasət16:27