Azərbaycan Premyer Liqasında IX tura iki oyunla start verilir

Futbol
  • 24 oktyabr, 2025
  • 09:05
Azərbaycan Premyer Liqasında IX tura iki oyunla start verilir

Misli Premyer Liqasında IX tura bu gün start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.

Açılış qarşılaşmasında "Turan Tovuz" "Karvan-Yevlax"ın qonağı olacaq. Qarşılaşma saat 14:30-da start götürəcək.

Tovuz klubu 15 xalla ikinci, Yevlax təmsilçisi 5 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Kəpəz" "İmişli" ilə üz-üzə gələcək. Bu oyun saat 17:00-da başlayacaq. Gəncə klubu 3 xalla sonuncu - 12-ci, "İmişli" isə 9 xalla 8-ci sıradadır.

Misli Premyer Liqası

I dövrə, IX tur

24 oktyabr

14:30. "Karvan-Yevlax"– "Turan Tovuz"

Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Şamaxı şəhər stadionu

17:00. "Kəpəz" – "İmişli"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.

VAR: Cavid Cəlilov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti