Azərbaycan Premyer Liqası: "Zirə" "Keşlə"ni məğlub edib
Futbol
- 30 oktyabr, 2021
- 13:51
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.
"Report"un məlumatına görə, günün ilk matçında "Zirə" "Keşlə"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"ın qollarını 17-ci dəqiqədə Loris Bronyo, 42-ci dəqiqədə isə Ağabala Ramazanov vurub.
Qələbə sayəsində xallarının sayını 15-ə çatdıran "Zirə" 3-cü pillədəki "Qəbələ"yə çatıb. 7 xala malik "Keşlə" isə 7-ci sırada qərarlaşıb. 90+4-cü dəqiqədə "Keşlə"nin futbolçusu Tural Axundov rəqibə qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" son çempion "Neftçi" ilə üz-üzə gələcək. IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları oktyabrın 31-də olacaq.
Azərbaycan Premyer Liqası: "Zirə" "Keşlə"ni məğlub edib
Son xəbərlər
09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.10.2025)
Maliyyə09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.10.2025)
Maliyyə08:58
Salyanda minik avtomobili yanıb
Hadisə08:51
Rusiyada qidadan zəhərlənənlərin sayı 165 nəfərə çatıb
Region08:29
Ağ Evin bunkerində təhlükəsizlik gücləndiriləcək
Digər ölkələr08:17
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:13
Tramp: Kanada ilə ticarət danışıqları bitib
Digər ölkələr07:59
Hindistanda avtobusun yanması nəticəsində onlarla insan ölüb
Digər ölkələr07:20