Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşib

Futbol
  • 27 oktyabr, 2025
  • 11:41
Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşib

Azərbaycan futzal millisinin Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib.

Bu barədə "Report"a Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

A qrupunda yer alan komanda noyabrın 4-də Liviya, 6-da Özbəkistan, 8-də isə Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, qrupda ilk 2 yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qalib və bürünc medalçının adına isə noyabrın 11-də aydınlıq gətiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti