Azərbaycan millisinin sabiq qapıçısı: "Fernandu Santuşa yetərincə vaxt verilmişdi"

Futbol
  • 08 sentyabr, 2025
  • 17:05
Azərbaycan millisinin sabiq qapıçısı: Fernandu Santuşa yetərincə vaxt verilmişdi
Fərhad Vəliyev

Azərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuşa yetərincə vaxt verilib.

Bunu "Report"a açıqlamasında Azərbaycan milli komandasının və "Qarabağ"ın sabiq qapıçısı Fərhad Vəliyev deyib.

O, Fernandu Santuşun yığmanın baş məşqçi postundan istefaya göndərilməsindən danışıb:

"Fernandu Santuşun Portuqaliya millisində qazandığı uğurlar hər birimizə bəlli idi. AFFA bu yöndə düzgün qərar qəbul edərək, onu yığmaya dəvət etdi. Lakin zamanla gördük ki, mütəxəssis Azərbaycan millisində nəticə verə bilmir, öz oyun üslubunu sərgiləməkdə çətinlik çəkir. Ona yetərincə şans verilmişdi. Səfərdə İslandiyaya böyükhesablı məğlubiyyətdən sonra yerində verilmiş qərardır. Düşünürəm ki, zamanla yığma toparlanacaq. İnşallah, yeni qərarlar millimiz üçün xeyirli olacaq".

Qeyd edək ki, Fernandu Santuş ötən ilin iyununda Azərbaycan millisinin baş məşqçi postuna təyin olunmuşdu. AFFA portuqaliyalı mütəxəssislə müqaviləyə bu gün qarşılıqlı şəkildə xitam verib.