Azərbaycan millisinin rəqibi ciddi itki ilə üzləşib
Futbol
- 17 noyabr, 2014
- 08:33
Bakı. 17 noyabr. REPORT.AZ/ Xorvatiya milli komandasının və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç bir ay müddətinə sıradan çıxıb. "Report"un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi yığmanın heyətində İtaliya millisi ilə AVRO-2016-nın seçmə qrup matçında zədələnib.
Tibbi müayinə nəticəsində onun qasıq əzələlərinin dartıldığı müəyyənləşib. Bu səbəbdən, Modriç İspaniya çempionatında 4, Çempionlar Liqasında növbəti 2 oyunu buraxacaq. Təcrübəli futbolçu dekabrın 16-da start götürəcək klublararası dünya çempionatını da buraxa bilər.
Qeyd edək ki, İtaliya - Xorvatiya matçında qalib müəyyənləşməyib - 1:1. Hər iki komanda Azərbaycan millisi ilə eyni qrupda yer alıb.
Son xəbərlər
14:10
Ayxan Abbasov: "Sabah" hazırda Azərbaycanda ən yaxşı formada olan komandadır"
Futbol14:07
Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb
Xarici siyasət14:04
Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb
Xarici siyasət14:02
İqtisadi Elmi Tədqiqat İnstitutu auditor seçib
Maliyyə14:01
Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək
Digər ölkələr13:59
Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
Xarici siyasət13:59
Dünya çempionatı: Abdurrahman Hüseynli növbəti qələbəsini qazanıb - YENİLƏNİB
Fərdi13:51
Azərbaycanda ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılıb
Maliyyə13:46