Millimizin futbolçusu da Türkiyə çempionu oldu
Futbol
- 21 iyul, 2020
- 13:29
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin "Başakşehir" klubunda çıxış edən üzvü Emre Kaplan Türkiyə çempionu olub.
"Report"un məlumatına görə, yarımmüdafiəçi Superliqanın bərpasından sonra əsas komandaya cəlb edilib.
Buna baxmayaraq, baş məşqçi Okan Buruk gənc oyunçuya şans verməyib. Kaplan "Başakşehir"in iyulun 4-də səfərdə "Antalyaspor"u 2:0 hesabı ilə məğlub etdiyi görüşdə və iyunun 28-də səfərdə "Qalatasaray"la 1:1 hesablı bərabərə qaldıqları matçda ehtiyat oyunçular skamyasında əyləşib.
Beləliklə, o, çempionluq qazanan heyətdə yer alıb. Bu münasibətlə AFFA "Instagram" hesabı vasitəsilə Kaplanı təbrik edib.
Qeyd edək ki, Emre Kaplan ilk olaraq 2019-cu ilin oktyabrında Azərbaycanın U-19 millisinə dəvət alıb.
Son xəbərlər
23:06
Ukraynanın energetika naziri istefa ərizəsi ilə Ali Radaya müraciət edib
Region22:51
Foto
Video
DÇ-2026: Azərbaycan İslandiyaya məğlub olub - YENİLƏNİB-5
Futbol22:49
Türkiyənin təyyarə qəzasında ölən hərbçilərin nəşləri tibbi ekspertiza şöbəsinə verilib - YENİLƏNİB-3
Region22:48
Polşa Belarusla sərhəddə ikinci hasarın inşasına başlayıb
Digər ölkələr22:48
Türkiyənin Xorvatiyaya göndərdiyi yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb - YENİLƏNİB
Region22:11
KİV: Pentaqon Donald Trampa Venesuelaya qarşı hərbi əməliyyat planlarını təqdim edib
Digər ölkələr21:28
Rusiyada Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb, ölənlər var
Region21:25
Foto
Prokurorlar hərbi cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşlarına cəza istəyiblər
Hadisə21:21