Azərbaycan millisi UEFA İnkişaf turnirində iştirak edəcək
- 05 may, 2022
- 05:26
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanda təşkil ediləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 10-dan 16-dək keçiriləcək yarışda yığma Gürcüstanın və Zambiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
U-17 turnirə hazırlıq məqsədilə mayın 7-dən 10-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Millinin oyunlarının təqvimi və komandanın heyəti:
13 may
17:00. Azərbaycan – Zambiya
16 may.
17:00. Azərbaycan – Gürcüstan
| N. | SOYADI / ADI | KLUB |
| 1 | Hüseynov Osman | Riqa (Latviya) |
| 2 | Məmmədzadə Sadiq | Səbail |
| 3 | Məmmədov Musa | Qarabağ |
| 4 | Qaracayev Ayxan | İUGOEM |
| 5 | Hüseynov Hüseyn | Turan Tovuz |
| 6 | Feyziyev Kənan | Sumqayıt |
| 7 | Tarverdiyev Əhməd | Sabah |
| 8 | Rəhimov Allahverdi | Qəbələ |
| 9 | Mahmudzadə Taleh | Neftçi |
| 10 | Bağırov Dinamin | Turan Tovuz |
| 11 | Məmmədov Murad | Neftçi |
| 12 | Cəfərli İlkin | Qarabağ |
| 13 | Budaqov İlkin | Qəbələ |
| 14 | Məmmədli Sadiq | İUGOEM |
| 15 | Mirzəyev Teymur | Sabah |
| 16 | Əhmədzadə Nihad | Sumqayıt |
| 17 | Allahverdiyev Məhəmməd | İUGOEM |
| 18 | Ələkbərli Əşrəf | İUGOEM |
| 19 | Mənsumov Davud | Qarabağ |
| 20 | Ağalarov Enar | Neftçi |
USD - 1.700