Azərbaycan Kubokunda yarımfinal mərhələsinin rekordu təkrarlandı
Futbol
- 30 aprel, 2021
- 07:17

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Keşlə” və “Zirə” komandaları arasındakı oyunlarında 8 qol vurulub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, mərhələnin rekordunun təkrarıdır.
İndiyədək yalnız bir dəfə yarımfinal cütündə rəqiblər bu qədər qola imza atıb. 1994/95 mövsümündə “Kəpəz”lə “Kür-Nur” hər iki görüşdə heç-heçə edib – 3:3, 1:1. Mingəçevir təmsilçisi yalnız səfər qollarına görə finala yüksəlib.
26 ildən sonra təkrarlanan rekord zamanı da səfər qolu həlledici olub. Öz meydanında 1:2 hesabı ilə uduzan “Keşlə” səfərdə əlavə vaxtda qələbəyə sevinib – 3:2.
Son xəbərlər
19:10
Makron Rusiyanın dialoqdan imtina edəcəyi halda sanksiyalarla bağlı xəbərdarlıq edib
Digər ölkələr19:05
İlon Mask Trampın IT şirkətlərinin rəhbərləri ilə görüşünə dəvət edilməyib
Digər ölkələr18:55
Makron: "Arzuedənlər koalisiyası"nın 26 ölkəsi Ukraynaya qoşun göndərməyə hazırdır
Digər ölkələr18:47
Tramp Avropadan Rusiya neftinin alışını dayandırmağı tələb edir
Digər ölkələr18:43
Sumqayıtda tanışı kişinin qulağını dişləyərək qoparıb
Hadisə18:40
Ağdərədə dağlıq ərazidə yanğın olub
Hadisə18:39
Foto
ICPC Fondu ADA Universitetində tələbə proqramçılar cəmiyyətinin inkişafına sərmayə qoyur
İKT18:34
Cəlilabadda yol qəzasında xəsarət alan 8 nəfərin kimliyi məlum olub - YENİLƏNİB-2
Hadisə18:17