Azərbaycan Kuboku: "Turan Tovuz" "Şahdağ Qusar"la, "Neftçi" "Zirə" ilə üz-üzə gələcək
- 02 dekabr, 2025
- 09:03
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə bu gün iki oyunla start veriləcək.
"Report"un məlumatına görə, "Turan Tovuz" "Şahdağ Qusar"la, "Neftçi" "Zirə" ilə üz-üzə gələcək.
Qarşılaşmalar müvafiq olaraq saat 15:00 və 19:00-da start götürəcək.
"Şahdağ Qusar" – "Turan Tovuz" cütünün qalibi növbəti raundda "Araz-Naxçıvan" – "Kəpəz" duelinin güclüsü ilə qarşılaşacaq.
"Zirə" – "Neftçi" görüşündə üstün olan tərəf isə "Difai" – "Sumqayıt" qarşılaşmasının qalibinə rəqib olacaq.
Azərbaycan Kuboku
1/8 final
2 dekabr
15:00. "Şahdağ Qusar" – "Turan Tovuz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
"SOCAR Polymer Arena"
19:00. "Zirə" – "Neftçi"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq.