Azərbaycan futzal millisinin Səudiyyə Ərəbistanına səfərinin detalları müəyyənləşib

Futbol
  • 27 oktyabr, 2025
  • 13:58
Azərbaycan futzal millisinin Səudiyyə Ərəbistanına səfərinin detalları müəyyənləşib

VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan futzal millisinin səfərinin detalları müəyyənləşib.

Bu barədə "Report"a Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov məlumat verib.

O, komandanın noybrın 2-də Səudiyyə Ərəbistanına yola düşəcəyini söyləyib:

"Komanda VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə oktyabrın 16-dan 19-dək Bakıda toplanış keçib. Yekunda isə "Araz-Naxçıvan"ın legionerləri ilə yoxlama oyununda qüvvəsini sınayıb. Milli noyabrın 2-də Bakıdan Ər-Riyada yola düşəcək. Bir neçə futzalçı, baş məşqçi və məşqçi "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasında keçirəcəyi matçlardan sonra Rumıniyadan birbaşa Səudiyyə Ərəbistanına gedəcək. Heyətin qalan hissəsi isə Azərbaycandan Ər-Riyada uçacaq".

Qeyd edək ki, Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarında A qrupunda Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti