Azər Həşimov: "Karvan-Yevlax"dan müqaviləyə əsasən almalı olduğum məbləği tələb edəcəyəm"

Futbol
  • 26 noyabr, 2025
  • 15:27
Azər Həşimov: Karvan-Yevlaxdan müqaviləyə əsasən almalı olduğum məbləği tələb edəcəyəm

"Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov müqaviləyə əsasən klubdan almalı olduğu bütün məbləği tələb edəcək.

Mütəxəssis bunu "Report"a açıqlamasında bildirib.

O, Yevlax təmsilçisi ilə mövsümün sonuna qədər müqaviləsinin olduğunu xatırladıb:

"Bildirmək istəyirəm ki, müqaviləmin müddəti maya qədərdir. Mənimlə hələ ki, heç kim əlaqə saxlamır. Bildiyimə görə, komanda Füzuli Məmmədova tapşırılıb. Mətbuatda yazırlar ki, Azər Həşimov "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasovun yolunu gedir. Xeyir, belə bir şey yoxdur. Hərənin öz adı, öz yolu var. Bəlkə sakit təbiətli görünə bilərəm. Lakin müqaviləyə əsasən haqqımı tələb edəcəyəm".

Qeyd edək ki, "Karvan-Yevlax" hazırda 5 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində yer alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti