Azər Bağırov: "İmişli"yə qarşı yaxşı mübarizə apardıq"

Futbol
  • 09 fevral, 2026
  • 17:46
Azər Bağırov: İmişliyə qarşı yaxşı mübarizə apardıq

"Kəpəz" Misli Premyer Liqasının XIX turunda "İmişli"yə qarşı yaxşı mübarizə aparıb.

"Report" xəbər verir ki, bunu Gəncə klubunun baş məşqçisi Azər Bağırov matçdan sonra mətbuat konfransında bildirib.

"İmişli"nin oyunlarını izləmişdik. Burada oynamağın çətin olacağını bilirdik. Rəqib daha çox fiziki oynuna üstünlük verir. Komandam yaxşı mübarizə apardı. 4 gün əvvəl çətin kubok oyunumuz olmuşdu. Şükür ki, matçı zədəsiz başa vurduq və 1 xal qazandıq. İrəli baxacağıq, qarşıda bizi çətin oyunlar gözləyir", - mütəxəssis vurğulayıb.

Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində baş tutan "İmişli" - "Kəpəz" matçı qolsuz heç-heçə ilə yekunlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti