Ayxan Abbasov: "Hazırkı Azərbaycan millisinin yaxşı potensialı var"

Futbol
  • 14 oktyabr, 2025
  • 01:37
Ayxan Abbasov: Hazırkı Azərbaycan millisinin yaxşı potensialı var

Hazırkı Azərbaycan millisinin yaxşı potensialı var.

"Report" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Bilirdik ki, gərgin oyun olacaq. Futbolçularımızda yorğunluq var idi. Oyunçularımız xarakter göstərdilər. Onların hər birinə təşəkkür edirəm. Üç gün aralığında böyük yığmalara qarşı oynamaq asan olmadı. Futbolçularımızdan inamlı, rahat olmaqlarını istəmişdik. Bu gün onu göstərdilər. Bəlkə də xal qazanmalıydıq. Qarşılaşmanın ilk 10-15 dəqiqəsi çox çətin keçdi. Qələbə qazanmaq istəyirdilər. Nəriman Axundzadənin qol epizodunu dəyərləndirsəydi, bəlkə başqa cür olardı. Gələcəyə nikbin baxırıq, bu komandanın potensialı var. Ruh və istək olduqdan sonra nəticə gələcək. Evdə 2 oyunumuz var. O matçlara hazırlaşacağıq. Çalışacağıq ki, xallarımızın sayını artıraq".

Qeyd edək ki, Ukrayna - Azərbaycan oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə bitib.

Son xəbərlər

Bütün Xəbər Lenti