"Ayaks" Dani Sebalyosla danışıqları dayandırıb

Futbol
  • 27 iyul, 2026
  • 10:28
Ayaks Dani Sebalyosla danışıqları dayandırıb

İspaniyanın "Real" klubunun keçmiş yarımmüdafiəçisi Dani Sebalyos "Ayaks"a keçməyəcək.

"Report" "Marca"ya istinadən xəbər verir ki, Niderland klubu 29 yaşlı ispaniyalı ilə şəxsi müqavilə şərtlərində razılığa gələ bilməyib.

Məhz bu səbəbdən Amsterdam təmsilçisi bir neçə həftəlik danışıqlardan sonra diqqətini başqa hədəflərə yönəltmək qərarına gəlib. Keçidin baş tutmamasının digər səbəbi futbolçunun doğma klubu "Betis"ə (İspaniya) qayıtmaq istəyidir. Lakin La Liqa təmsilçisi yarımmüdafiəçini heyətinə qatmaq istəsə də, hələlik şərtlərdə razılıq əldə olunmayıb və bu keçid klub üçün hazırda prioritet sayılmır.

Qeyd edək ki, "Real" bir müddət əvvəl müqaviləsinin müddəti başa çatan D.Sebalyosla yollarını ayırıb və futbolçu azad agentə çevrilib. O, 2017-ci ilin iyulundan çıxış etdiyi Madrid klubunda keçirdiyi 215 oyunda 7 qol vurub və 16 məhsuldar ötürmə edib.